Yuxarı
    Bağlamaq

    Mərkəzi Bankın depozit hərracında təklifin 90%-i qarşılanıb

    Mərkəzi Bankın keçirdiyi depozit hərracına tələb azalıb

    Bakı. 11 iyul.REPORT.AZ/ Bu günə Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 mln. manat olub.

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi 5,99 % təşkil edib.

    Məlumatda bildirilib ki, Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcək.

    Qeyd edək ki, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində 4 iyulda keçirilən növbəti depozit hərracında tələb 98,5 mln. manat olub. Hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi 5,96 % təşkil edib. 

    Xatırladaq ki, bundan əvvəl 13 iyunda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən ilk hərracın nəticələrinə görə, cəlb edilən depozitlərin həcmi 129 mln. manat edib. Ortaölçülmüş faiz dərəcəsi illik 6,49% olub.

    "Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə yönəlib", - deyə Mərkəzi Bankdan bildirilib.

    Qeyd edək ki, depozit hərracının müddəti 1 aydır.

    AMB-nin ilkin anonsuna əsasan, ümumilikdə 150 mln. manatın cəlb edilməsi planlaşdırılırdı, faiz dərəcəsinin isə 4,01-6,99% arasında olacağı gözlənilirdi. Lakin faktiki olaraq AMB cəlb etməyə planlaşdırdığı vəsaitin 86%-i həcmində resurs cəlb edə bilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi