Mərkəzi Bank sığortaçı axtarır

Mərkəzi Bank sığortaçı axtarır Xidmətin göstərilməsinə noyabrın 1-dən başlanılır
Maliyyə
19 İyul , 2017 10:26
Mərkəzi Bank sığortaçı axtarır
Report

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət birləşdirilmiş sığorta xidmətləri toplusu üçün açıq tender keçirir.

“Report”un verdiyi xəbərə görə, tender proseduru 21 avqust 2017-ci il saat 15:00-da AMB-nin inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.

İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 18 avqust 2017-ci il saat 18:00-a qədər, digər tələb olunan sənədləri isə ən geci 9 avqust 2017-ci il saat 18:00-a qədər təqdim etməlidirlər, iştirak haqqı kimi 300 manat ödəməlidirlər.

Xidmətin göstərilməsinə 1 noyabr 2017-ci ildən başlanılır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərilməsinə 25 yanvar 2018-ci ildən başlanılır. Xidmətin göstərilməsi müddəti 1 ildir.

Təkliflər qiymət, təklif olunan xidmətlər toplusu üzrə sığorta şərtləri, franşiza (azadolma) məbləği, təkrarsığortaçıların reytinqi əsasında qiymətləndiriləcək.

Tender üzrə əlaqələndirici şəxslər Elvin Şirdanov (Hüquq Departamentinin əməkdaşı; tel.: 493 11 22 (dax. - 428); e-poçt: [email protected]) və Ceyhun Səməndovdur (İnzibati Departamentin əməkdaşı; tel.: 493 11 22 (dax. - 599); e-poçt: [email protected]).

Son xəbərlər

Orphus sistemi