​Mərkəzi Bank nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimata dəyişiklik edib

​Mərkəzi Bank nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimata dəyişiklik edib Dəyişikliklər təlimatın 1.3.1.4-cü yarımbəndi və 2.8.2-ci bəndində edilib
Maliyyə
10 İyun , 2016 11:01
​Mərkəzi Bank nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimata dəyişiklik edib

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da dəyişikliklər edib. “Report” xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin qərarını sədr Elman Rüstəmov imzalayıb.

Məlumatda qeyd edilir ki, təlimatda iki əsas dəyişiklik olub. Dəyişikliklər təlimatın 1.3.1.4-cü yarımbəndində və 2.8.2-ci bəndində baş verib. Hər iki maddədə “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” AMB-nin İdarə Heyətinin 2013-cü il 17 sentyabr tarixli qərarı ilə təsdiq edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 18 mart tarixli fərmanı ilə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.

Son xəbərlər

Orphus sistemi