Yuxarı
    Bağlamaq

    Mərkəzi Bank kommersiya banklarına məktub göndərib

    Məktub Texnikabankın bağlanması və NBC Bank, Parabank və KredoBankın konsolidasiyası ilə bağlı olub

    Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucovun imzası ilə kommersiya banklarına iki məktub göndərilib.

    Bu barədə "Report"a bank mənbələrindən məlumat verilib.

    Birinci məktubda "Texnikabank" ASC-nin lisenziyasının ləğv olunması ilə əlaqədar bütün səlahiyyətin inzibatçıya keçdiyi göstərilib. Tövsiyə olunub ki, kommersiya bankları gələcək fəaliyyətlərində bu məsələni nəzərə alsınlar.

    İkinci məktubda lisenziyası bərpa olunan "NBC Bank"ın "Parabank" və "KredoBank"la konsolidasiya ilə bağlı niyyət protokolu imzaladığı və bunun nəzərə alınması qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi