Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 65 mln. manat təşkil edib.
Bu barədə "Report" AMB-yə istinadən xəbər verir.
Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 14,85 % olub.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə sentyabrın 6-da 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat təşkil edib. Avqustun 29-da AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 9,49% olub. Avqustun 22-də 30 mln. manat, avqustun 15-də 15 mln. manat, avqustun 8-də keçirilmiş hərracda 40 mln. manat, avqustun 1-də isə 20 mln. manat vəsait cəlb edilib.