Mərkəzi Bank depozit hərracında daha 30 mln. manat cəlb edib

Mərkəzi Bank depozit hərracında daha 30 mln. manat cəlb edib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi 9,49% olub
Maliyyə
29 Avqust , 2016 18:05

Bakı. 29 avqust. REPORT.AZ/ Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 30 mln. manat təşkil edib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 9,49% olub.

Qeyd edək ki, Mərkəzi Bank avqustun 22-də 30 mln. manat, avqustun 15-də 15 mln. manat, avqustun 8-də keçirilmiş hərracda 40 mln. manat, avqustun 1-də isə 20 mln. manat vəsait cəlb edib.

Son xəbərlər

Orphus sistemi