Mərkəzi Bank depozit hərracında 50 mln. manat cəlb edib

Mərkəzi Bank depozit hərracında 50 mln. manat cəlb edib Hərrac zamanı tələb təklifi 44% üstələyib
Maliyyə
28 Noyabr , 2016 12:26
Mərkəzi Bank depozit hərracında 50 mln. manat cəlb edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 72 mln. manat təşkil edib.

"Report" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 14,95% olub.

Son xəbərlər

Orphus sistemi