Mərkəzi Bank daha 50 mln. manat cəlb edib

Mərkəzi Bank daha 50 mln. manat cəlb edib Qurum bu gün növbəti depozit hərracı keçirib
Maliyyə
7 Noyabr , 2016 14:38
Mərkəzi Bank daha 50 mln. manat cəlb edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsait cəlb etmək üçün növbəti dəfə depozit hərracı keçirib. 

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, depozit hərracında 50 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələbat bundan 30% çox - 65 mln. manat olub və bununla da AMB-nin tələbi tam ödənilib.

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 14,58% təşkil edib.

Son xəbərlər

Orphus sistemi