Yuxarı

Mərkəzi Bank Bərdədə intihar edən şəxsin kredit borcuna görə özünə qəsd etməsi məsələsinə aydınlıq gətirib

İntihar edən Elşad Vaqif oğlu Dadaşovun heç bir kredit borcu olmayıb

Bakı. 11 iyul. REPORT.AZ/ Mərkəzi Bank iyulun 8-də Bərdə rayonunda intihar edən şəxsin kredit borcuna görə özünə qəsd etməsi məsələsinə aydınlıq gətirib. 

Mərkəzi Bankdan “Report”a verilən məlumata görə, intihar edən Elşad Vaqif oğlu Dadaşovun heç bir kredit borcu olmayıb: "Araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmayıb və ümumiyyətlə baş verən hadisənin bununla əlaqəsi yoxdur".

Qeyd edək ki, son günlər bir sıra mətbuat orqanlarında iyulun 8-də Bərdə rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı məlumatlar yayılıb. Elşad Vaqif oğlu Dadaşovun kredit borcuna görə özünə qəsd etdiyi iddia olunurdu. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi