Yuxarı

AMB banklara 18 mln. dollar satıb

Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb təklifin 9,2%-ni təşkil edib

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib. AMB tərəfindən hərraca 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 18,370 mln. dollar (təklifin 9,19%-i) təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi