Yuxarı
    Bağlamaq

    Mərkəzi Bank: ​Azərbaycanda POS-terminalların sayının azalması prosesi davam edir

    İlin əvvəli ilə müqayisədə POS-terminalların sayı 6 356 ədəd azalıb

    Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycanda bu ilin may ayı ərzində POS-terminalların ümumi sayı 0,02% və ya 15 ədəd azalaraq iyunun 1-nə 73 945 ədəd təşkil edib.

    Bu barədə "Report"a Mərkəzi Bankdan məlumat verilib. 

    Xəbərə görə, ilin əvvəli ilə müqayisədə bu göstərici 6 356 ədəd və ya 7,92% azalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,59% və ya 4 379 ədəd azalma müşahidə olunub.

    Ölkə üzrə mövcud POS-terminalların 42 708 ədədi və ya 57,8%-i Bakıda, 42,2%-i və ya 31 237 ədədi regionlarda yerləşir.

    Qeyd edək ki, 2016-cı il iyunun 1-nə Azərbaycan əhalisinin hər 130 nəfərinə 1 POS-terminal düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi