Yuxarı
    Bağlamaq

    Mərkəzi Bank: Azərbaycanda hər 100 min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 10-a çatıb

    Hazırda 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir

    Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən bank xidməti nöqtələrinin sayı 10-a çatıb. Əhaliyə maliyyə xidmətləri göstərən "Azərpoçt"un filialları nəzərə alınmaqla bu göstərici iki dəfə artıqdır.

    "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, 2014-cü ildə 47 yeni bank filialı açılıb ki, bunun da 34-ü regionların payına düşür.

    Alternativ kreditləşmə mənbələrinin canlandırılması məqsədilə Mərkəzi Bank tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyəti cari ildə də dəstəklənib. Qeyri-bank kredit təşkilatlarının sayı 157-yə, onların filiallarının sayı isə 222-yə çatıb. İlin əvvəlindən qeyri-bank kredit təşkilatları üzrə aktivlər 13,3%, kreditlərin həcmi isə 12,3% artıb.

    AMB-nin 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir ki, əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişlənməsində mühüm rol oynayan elektron bankçılıq xidmətlərinin inkişafı istiqamətində tədbirlər görülüb. Hazırda 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir.

    Mərkəzi Kredit Reyestri (MKR) tərəfindən xidmətin yaxşılaşdırılması məqsədilə “ASAN xidmət” mərkəzlərində MKR-nin 2 xidmət bölməsi fəaliyyətə başlayıb. Kredit təşkilatları tərəfindən real vaxt rejimində reyestrə daxil olan sorğuların sayı 2,8 mln-u ötüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi