Mərkəzi Bank auditor axtarır

Mərkəzi Bank auditor axtarır Bank PCI DSS sertifikatının alınması üçün açıq tender keçirir
Maliyyə
4 Noyabr , 2016 09:17
Mərkəzi Bank auditor axtarır

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı Banklararası Kart Mərkəzinin (BKM) “Ödəniş Kartları Sahəsində Məlumat Təhlükəsizliyi Standartlarının (Payment Card Industry Data Security Standards) 3.2 versiyasının tələblərinə (PCI DSS) uyğunluğu üzrə auditin həyata keçirilməsi və PCI DSS sertifikatının satın alınması üçün açıq tender elan edib.

"Report" bu barədə rəsmi qəzetə istinadən xəbər verir.

İddiaçı tender təklifi və təklifin bank təminatını dekabrın 19-dək, digər tələb olunan sənədləri isə dekabrın 9-dək Mərkəzi Banka (Bakı şəhəri, R.Behbudov küçəsi,90) təqdim etməlidir.

Tender təkliflərinin açılışı proseduru dekabrın 20-də saat 15.00-da AMB-nin inzibati binasında keçiriləcək. Tender üzrə müqavilə imzalandığı gündən xidmətin göstərilməsinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi