​"Meqa Sığorta"nın yığımları 21% artıb

​"Meqa Sığorta"nın yığımları 21% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
16 Avqust , 2016 11:45
​Meqa Sığortanın yığımları 21% artıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Meqa Sığorta" ASC-nin yığımları 14 971 358 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, 2015-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 20,71% çoxdur.

Hesabat dövründə "Meqa Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 7 ay ərzində 1 589 829 manat ödəniş edib və bu, illik müqayisədə 34,47% çoxdur.

Cari ilin yanvar-iyul aylarında "Meqa Sığorta" topladığı hər 100 manat sığorta haqqının 10,62 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 9,53% olub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi