“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncağın gündəliyi açıqlanmayıb
Maliyyə
17 Mart , 2017 14:05
“Meqa Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 17 mart. REPORT.AZ/ Mayın 1-də, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının İllik ümumi yığıncağı keçiriləcək.

Bu barədə “Report” Şirkətin Direktorlar Şurasına (DŞ) istinadən xəbər verir.

Məlumata görə, yığıncaq “Meqa Sığorta”nın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19A ünvanında olacaq. Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (DŞ-nın sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi