Bakı. 20 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində "Meqa Sığorta" ASC-nin sığorta yığımları 8 832,3 min manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4% azdır.
Hesabat dövründə "Meqa Sığorta"nın ödənişləri isə artıb. Belə ki, şirkət 5 ay ərzində 939,1 min manat ödəniş həyata keçirib. Bu isə illik müqayisədə 26,1% çoxdur.
Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında "Meqa Sığorta" topladığı hər 100 manat sığorta haqqının 10,6 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-mayında 8,1% olub.