​Azərbaycanda xarici valyuta ilə cəlb olunan əmanətlərin gəlirliliyi azalıb

​Azərbaycanda xarici valyuta ilə cəlb olunan əmanətlərin gəlirliliyi azalıb Bankların manatla cəlb etdiyi depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8,86% təşkil edib
Maliyyə
7 Fevral , 2015 15:01
​Azərbaycanda xarici valyuta ilə cəlb olunan əmanətlərin gəlirliliyi azalıb

Bakı. 07 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların manatla cəlb etdiyi depozit və əmanətlər üzrə orta faiz dərəcəsi bu il yanvarın 1-nə 8,86%, xarici valyuta ilə yerləşdirilən əmanətlər üzrə isə 9,24% təşkil edib.

"Report"un Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, əvvəlki ayla müqayisədə bu göstəricilər müvafiq olaraq 0,08 artıb və 0,13% bəndi azalıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstəricilər üzrə azalma müvafiq olaraq 0,56 və 0, 42% bəndi olub.

Hesabata əsasən, hüquqi şəxslərdən manatla cəlb olunan depozitlər üzrə orta faiz dərəcəsi əvvəlki ayla müqayisədə 0,16% bəndi artıb və 5,51% təşkil edib. Xarici valyutada cəlb olunan vəsaitlər üzrə isə aylıq 0,05 faiz bəndi artım müşahidə olunub və cari il yanvarın əvvəlinə 6,00% təşkil edib.

Fiziki şəxslərdən cəlb edilən vəsaitlərə gəldikdə isə manatla cəlb olunan əmanətlərin orta gəlirliliyi dəyişməz qalaraq 9,45%, xarici valyuta üzrə isə 0,24% bəndi azalıb və orta gəlirlilik 9,78%-ə düşüb.

Son xəbərlər

Orphus sistemi