Nursultan Nazarbayev: "Qazaxıstan Nur-Sultanda ABŞ, Çin, Rusiya və Aİ arasında dialoq üçün platforma təqdim etməyə hazırdır"

Nursultan Nazarbayev: "Qazaxıstan Nur-Sultanda ABŞ, Çin, Rusiya və Aİ arasında dialoq üçün platforma təqdim etməyə hazırdır" Qazaxıstan Nur-Sultanda ABŞ, Çin, Rusiya və Avropa İttifaqının (Aİ) səlahiyyətli nümayəndələri arasında dialoq üçün platforma təqdim etməyə hazırdır.
Maliyyə
16 May , 2019 17:23
Nursultan Nazarbayev: Qazaxıstan Nur-Sultanda ABŞ, Çin, Rusiya və Aİ arasında dialoq üçün platforma təqdim etməyə hazırdır
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev / kazembassy.lt

"Qazaxıstan Nur-Sultanda ABŞ, Çin, Rusiya və Avropa İttifaqının (Aİ) səlahiyyətli nümayəndələri arasında dialoq üçün platforma təqdim etməyə hazırdır".

"Report" xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən XII Astana İqtisadi Forumunda çıxış edən ölkənin birinci prezidenti, elbastı Nursultan Nazarbayev deyib.

O deyib ki, ölkələr arasındakı anlaşılmazlıqlar praktik iqtisadi əlaqələrin yaranmasına mane olur: “Səmərəsiz sanksiyalar rejimindən bütün dünyanın gələcəyini təyin edən liderlərlə birbaşa dialoqa keçmək vacibdir. Bu əlaqələr zamanı ABŞ, Çin, Rusiya və Aİ nümayəndələri arasında baş vermiş geosiyası böhrandan çıxış yollarını müzakirə etməyin vaxtı çatıb. Mən bu ölkələrin liderləri ilə belə danışıqlar aparıram”.

Eks prezident vurğulayıb ki, dünyada siyasi və iqtisadi qeyri-müəyyənlik, populizm artmaqdadır: “İqtisadi planlaşdırma sahələri çox azalıb. Çətin vəziyyətlərdən çıxma yollarını forumlar və BMT G-20 Dünya Ticarət Təşkilatı kimi beynəlxalq təşkilatlar çərçivəsində tapmaq lazımdır”.

N.Nazarbayev Qazaxıstan iqtisadiyyatındakı vəziyyətə toxunaraq vurğuladı ki, ölkənin iqtisadiyyatı 21 dəfə artıb, yoxsulluq səviyyəsi isə 40%-dan 3%-a enib: “Qazaxıstanın Xarici İşlər Nazirliyi xarici sərmayələrin cəlb edilməsində açar rolunu oynayır. Qazaxıstanın XİN-i bu ölkədə çalışmaq istəyən istənilən sərmayəçi üçün yeganə pəncərə olacaq. Qazaxıstan 30 inkişaf etmiş ölkərəin sırasına daxil olmaq üçün əlindən gələni edəcək”.

Onun sözlərinə görə, Qazaxıstan müstəqillik əldə edəndən sonra ölkəyə cəlb edilmiş birbaşa xarici sərmayənin məbləği 320 mlrd dollara qədər yüksəlib.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda XII Astana İqtisadi Forumu keçirilir. Astana İqtisadi Forumu mayın 17-ə kimi davam edəcək. Forum çərçivəsində 164 nümayəndənin çıxış edəcəyi 55 görüş təşkil olunacaq.

Forum 2008-ci ildən Qazaxıstan hökümətinin və “Alimlərin Avrasiya İqtisadi Klubu” Assosiasiyasının təşəbbüsü ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi