Meksika neft opsionlarından bu il də mənfəət əldə edib

Meksika neft opsionlarından bu il də mənfəət əldə edib Özünü neftin ucuzlaşmasından sığortalayan Meksika iki ilə 9 mlrd. dollar qazanıb
Maliyyə
8 Dekabr , 2016 14:34
Meksika neft opsionlarından bu il də mənfəət əldə edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Meksika hökuməti özünü neft qiymətlərinin azalmasından sığortalanmaq üçün əldə etdiyi opsionlardan ötən gün, dekabrın 7-də 2,65 mlrd. ABŞ dolları qazanıb. 

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika Maliyyə Nazirliyi məlumat yayıb. 

Qeyd edək ki, Meksika 2015-ci ildə neftin qiymətinin düşməsindən ehtiyat edərək illik orta neft satışı qiymətlərini 49 dollar/bareldən sabitləşdirib. "1 dekabr-30 noyabr hesabat dövründə neftin orta illik qiymətinin opsion qiymətindən aşağı olması səbəbindən hökumətimiz 2,65 mlrd. dollar vəsait əldə edib" - nazirlikdən bildirilib.

Meksika bu təcrübədən 1990-cı ildən istifadə edir. Lakin bundan öncə Meksika heç vaxt ardıcıl olaraq 2 il sığorta ödənişindən faydalana bilməyib. Belə ki, 2015-ci ilin dekabrında Meksika 6,3 mlrd. dollar sığorta vəsaiti əldə edib. 

Xatırladaq ki, Meksika 2 mln. barel/gün neft hasilatı ilə dünyanın öndə gələn neft hasilatçısı ölkələrindən biridir. Son illərdə ölkədə hasilat azalsa da, 10 il bundan əvvəl "Pemex" dövlət neft şirkəti üzrə hasilat 3,38 mln. dollar/barel olub. Hazırda hökumət hasilatın əvvəlki səviyyəyə çatdırılması üçün planlar hazırlayır.

Son xəbərlər

Orphus sistemi