MDM ötən ay 667 mln. manatlıq əqdi qeydə alıb

MDM ötən ay 667 mln. manatlıq əqdi qeydə alıb Bu məbləğ 205 əqd əsasında formalaşıb
Maliyyə
16 Fevral , 2017 15:41
MDM ötən ay 667 mln. manatlıq əqdi qeydə alıb

Bakı. 16 fevral. REPORT.AZ/ Milli Depozit Mərkəzində (MDM) bu ilin yanvar ayında 205 əqd qeydə alınıb. 

“Report” MDM-ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 97 ədəd və yaxud 89,8% çoxdur.

Ötən ay qeydə alınmış əqdlərin 89,3%-i və yaxud 183-ü birjada, 6,3%-i və yaxud 13-ü birjadankənar, 4,4%-i və 9-u isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. 1 il əvvələ nisbətən birja əqdlərinin sayı 2,26 dəfə və yaxud 102 ədəd artıb, birjadankənar əqdlərin sayı 27,8% və yaxud 5 ədəd azalıb, əlavə emissiya əqdlərinin sayı isə sabit qalıb.

Ay ərzində MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 667 083 940 manat olub. Bu, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 6,1% və yaxud 38 162 130 manat çoxdur.

Ötən ay ümumi dövriyyənin 2,7%-i və yaxud 17 879 720 manatı manatı birjada, cüzi hissəsi, cəmi 641 720 manatı birjadankənar, 97,2%-i və yaxud 648 562 500 manatı isə əlavə emissiya üzrə formalaşıb. 1 il əvvələ nisbətən birja dövriyyəsi 48,4% və yaxud 16 798 025 manat, birjadankənar dövriyyə 99,3% və yaxud 91 825 345 manat azalıb, əlavə emissiya dövriyyəsi isə 29,25% və yaxud 146 785 500 manat artıb.

Keçən ay MDM 2 emitentlə müqavilə bağlayıb. Bu, 1 il əvvəllə müqayisədə 33,3% və yaxud 1 vahid azdır.

Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi