MDM ABB-nin səhmdarlarına müraciət edib

MDM ABB-nin səhmdarlarına müraciət edib Səhm sahibləri bu ayın sonuna qədər lazımi sənədləri quruma təqdim etməlidir
Maliyyə
10 Yanvar , 2017 09:02
MDM ABB-nin səhmdarlarına müraciət edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Milli Depozit Mərkəzi (MDM) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarına müraciət edib. “Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Müraciətdə deyilir ki, MDM ABB-nin qiymətli kağızlarının saxlanması, onun səhmdarlarının reyestrinin aparılması xidmətləri göstərir. MDM-in uçot sistemində bankın səhmdarları barədə anket məlumatlarının yenilənməsi və faktiki mövcudluğunun təsbit edilməsi məqsədi ilə Bankın səhmlərinə sahibliyini təsdiq edən aidiyyəti sənədlərin (fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər üçün isə təsis sənədləri, qiymətli kağız sertifikatı, özgəninkiləşdirilmə nəticəsində (alqı-satqı, bağışlama) əldə edildiyi halda, həmin müqavilə, vərəsəlik olduğu halda aidiyyəti şəhadətnamə və səhmlərin əldə edilməsi barədə ödəniş sənədinin) 2017-ci il yanvarın 31-dək aşağıdakı qaydada MDM-ə təqdim edilməsi tələb olunur:

1. Şəxsən və ya vəkalətli nümayəndə ilə MDM-ə bilavasitə müraciət etməklə.

2. Sənədlərin elektron imza ilə təsdiqlənmiş surətini abb@mdm. az elektron ünvanına göndərməklə (sənədlərin elektron imzalanması təlimatı ilə www.e-imza.az və www.asanimza.az saytlarında tanış olmaq mümkündür).

Ünvan: Bakı şəhəri, Babək prospekti, 12 A (C bloku, 9-cu mərtəbə)

Əlavə suallar üçün MDM-in Müştəri Xidmətləri Departamentinə müraciət etmək olar. (012) 488-08- 40 (daxili 1-32)

Son xəbərlər

Orphus sistemi