“MCB Leasing” zərərdən mənfəətə keçib

“MCB Leasing” zərərdən mənfəətə keçib Bakı. 29 iyun. REPORT.AZ/ “MCB Leasing” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 9,788 mln. manat təşkil edib.“Report” lizinq şirkətinin maliyyə ...
Maliyyə
29 İyun , 2017 14:05
“MCB Leasing” zərərdən mənfəətə keçib

Bakı. 29 iyun. REPORT.AZ/ “MCB Leasing” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 9,788 mln. manat təşkil edib.

“Report” lizinq şirkətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,4% çoxdur.

2016-cı ildə “MCB Leasing”in cəmi öhdəlikləri 11,15% artaraq 7,315 mln. manata, cəmi kapitalı isə 1% artaraq 2,472 mln. manata çatıb.

Hesabat dövründə “MCB Leasing”in faiz gəlirləri 1,612 mln. manat (2015-ci ilə nisbətən 15,3% çox), faiz xərcləri 498 min manat (1,2% çox), qeyri-faiz zərəri 466 min manat (77,8% az), qeyri-faiz xərcləri isə 653 min manat (16,1% az) təşkil edib. Son nəticədə şirkətin xalis əməliyyat zərəri 4 min manat olub.

2016-cı ildə “MCB Leasing” debitor borclar üzrə ehtiyatların yaradılması xərclərinə 33 min manat qənaət edib, 4 min manat isə mənfəət vergisi ödəyib. Bununla da, şirkət ötən ili 25 min manat xalis mənfəətlə başa vurub.

Qeyd edək ki, “MCB Leasing” 2015-ci ildən 1,971 mln. manat xalis zərərlə çıxıb. Başqa sözlə, şirkət zərərdən mənfəətə keçib.

Xatırladaq ki, "MCB Leasing" 2009-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 4 283 675 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 manat olan 4 283 675 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 99,94%-i Pakistanın "MCB Bank Ltd." şirkətinə, 0,06%-i isə Azərbaycan vətəndaşı Rəmal Cəfər oğlu Cəfərova (İdarə Heyətinin sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi