"MCB Leasing" səhm və istiqraz emissiyası planlaşdırır

"MCB Leasing" səhm və istiqraz emissiyası planlaşdırır Səhmdarlar qarşısında nizamnamə kapitalının artırılması məsələsi qaldırıla bilər
Maliyyə
7 Sentyabr , 2016 11:36
MCB Leasing səhm və istiqraz emissiyası planlaşdırır

Bakı. 7 sentyabr. REPORT.AZ/ "MCB Leasing" QSC nizamnamə kapitalını artırmaq niyyətindədir. Bunu "Report"a açıqlamasında Şirkətin Lizinq əməliyyatları Departamentinin direktoru Rövşən Hacıyev bildirib.

Onun sözlərinə görə, kapital artımı ilə bağlı "MCB Leasing"in Müşahidə Şurasına təkliflər verilib: "Bu ayın sonuna qədər Şuranın iclası keçiriləcək. Təkliflərimiz qəbul edilərsə, nizamnamə kapitalının artırılması ilə bağlı səhmdarlar qarşısında məsələ qaldırılacaq".

R.Hacıyev qeyd edib ki, lizinq şirkətinin planlarına həm də vəsait cəlb etmək üçün istiqraz emissiyasının həyata keçirilməsi daxildir: "Manatla istiqraz buraxmaq fikrimiz var. Bu məsələ də Müşahidə Şurasının iclasında müzakirə ediləcək".

Bununla belə, "MCB Leasing" rəsmisi nizamnamə kapitalının nə qədər artırmaq, istiqraz satmaqla nə qədər vəsait cəlb etmək istədiklərini açıqlamayıb.

Xatırladaq ki, "MCB Leasing" 2009-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 283 675 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 manat olan 4 283 675 səhm əsasında formalaşıb. Şirkətin səhmlərinin 99,94%-i Pakistanın "MCB Bank Ltd." şirkətinə, 0,06%-i isə Azərbaycan vətəndaşı Rəmal Cəfər oğlu Cəfərova (İdarə Heyətinin sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi