Yuxarı
    Bağlamaq

    MBNP-nin sədri Dünya Bankının missiyasını qəbul edib

    Görüş əmanətlərin sığortalanması, qeyri-işlək kreditlər probleminin həlli ilə bağlı olub

    Bakı. 7 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı maliyyə sabitliyinin təmin olunması istiqamətində Dünya Bankının hazırladığı tövsiyələrə dair maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a Palatadan bildirilib.

    Məlumata görə, əmanətlərin sığortalanması, qeyri-işlək kreditlər probleminin həllinə dair keçirilmiş görüşdə bank nəzarəti sahəsində aparılan islahatlar üzrə tədbirlər planı müzakirə olunub.

    Tərəflər həmçinin maliyyə sabitliyi üzrə hüquqi, tənzimləyici və nəzarətlə bağlı islahatlar gündəliyi üzrə fəaliyyət planının və maliyyə sabitliyinin təmin olunması istiqamətində qarşıda duran məqsədlərin yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi