MBNP-nin sədri Azərbaycanda səfərdə olan Dünya Bankının texniki yardım missiyasını qəbul edib

MBNP-nin sədri Azərbaycanda səfərdə olan Dünya Bankının texniki yardım missiyasını qəbul edib Bank islahatlar sahəsində Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib
Maliyyə
12 Noyabr , 2016 12:59
MBNP-nin sədri Azərbaycanda səfərdə olan Dünya Bankının texniki yardım missiyasını qəbul edib

Bakı. 12 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda səfərdə olan baş iqtisadçı Naoko Koyonun rəhbərlik etdiyi Dünya Bankının makroiqtisadiyyat üzrə texniki yardım missiyasını qəbul edib.

"Report"un MBNP-dan verilən məlumata görə, ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə Azərbaycan iqtisadiyyatının əsas meyilləri müzakirə edilib. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan N.Kojo DB-nin bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib.

Görüşdə əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımların müzakirəsi aparılıb.

Son xəbərlər

Orphus sistemi