MBNP-nin baş icraçı direktoru: "İnsanların bank sektoruna inamı bərpa olunur"

MBNP-nin baş icraçı direktoru: "İnsanların bank sektoruna inamı bərpa olunur" Ötən il Azərbaycanda maliyyə aktivləri ümumi daxili məhsulun 60%-dən çoxunu əhatə edib
Maliyyə
6 Mart , 2018 10:55
MBNP-nin baş icraçı direktoru: İnsanların bank sektoruna inamı bərpa olunur
MBNP baş icraçı direktoru İbrahim Alışov / Report

Bakı. 6 mart. REPORT.AZ/ 2018-ci ilin maliyyə nəticələri gözlədiyimizdən daha yaxşı olacaq.

"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib.

“2017-ci ilin yekunundakı göstəricilər 2018-ci il üçün müsbət proqnozlar verməyə əsas verir. Ötən il inflyasiya 12,9% olub, bu il üçün qiymət artımı dəhlizi 6-8% müəyyənləşdirilib. Beynəlxalq təşkilatlar isə bu rəqəmin 7% olacağını bəyan edib. 2018-c ildə Azərbaycan iqtisadiyyatı daha sürətlə, dinamik inkişaf edəcək”, - deyə o, qeyd edib.

MBNP rəsmisinin sözlərinə görə, ötən il Azərbaycanda maliyyə aktivləri ümumi daxili məhsulun (ÜDM) 60%-dən çoxunu əhatə edib: “Aktivlərin əsas hissəsi bank sektorunda cəmləşib. Banklar 5 mlrd. manat məbləğində kredit veriblər”.

Bundan başqa, İ.Alışov qeyd edib ki, Azərbaycan manatının sabitliyinə nail olunub: “Manatın möhkəmlənməsinin fonunda banklara inamın bərpa olunmasının ilkin siqnalllarına sahib olduq. Etimatı bərpa etmək üçün onu qazanmaqdan daha çox resurs lazımdır. 2017-ci ilin yekun rəqəmlərinə əsasən, insanların bank sektoruna inamı bərpası olunur. Əmanətlər artmağa başlayıb. Tələbli əmanətlər azalıb, müddətli əmanətlər, xüsusilə də manatla yerləşdirilən müddətli əmanətlər artıb”. 

Son xəbərlər

Orphus sistemi