MBNP: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır

MBNP: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır Palata Bankdan 100 mln. manatın çıxarılması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib
Maliyyə
18 İyun , 2018 17:04
MBNP: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır
Report

Bakı. 18 iyun. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emil Zeynalovun Bankın 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.

Qurumun mətbuat katibi Elşən Allahverdiyev “Report”a bildirib ki, bu məlumatlar əsassızdır.

“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, prudensial normalara uyğundur”, - deyə, o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi