Yuxarı
    Bağlamaq

    MBNP banka şöbə açmağa icazə verib

    Qurumun Direktorlar Şurası qərar qəbul edib© Courtesy İmage

    Bakı. 1 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurası “Kapital Bank” ASC-nin “Dəmiryol” şöbəsinin açılmasına icazə verib.

    Palatadan "Report"a verilən məlumata görə, sözügedən bank tərəfindən struktur bölmənin fəaliyyətə başlaması üçün MBNP-yə daxil olmuş müraciət müsbət dəyəndirilib və şöbənin açılmasına dair qərar qəbul edilib.

    "MBNP Direktorlar Şurası “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci, 11.1-ci və “Yerli bankların şöbələrinin və yerli nümayəndəliklərinin açılması üçün icazə alınması və icazənin ləğv edilməsi” Qaydalarının 4.1-ci bəndinə, eləcə də MBNP-nin Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən “Kapital Bank” ASC-nin Bakı şəh., Nəsimi r-nu F.Əmirov, 24 (2 saylı "ASAN Kommunal") ünvanında yerləşən “Dəmiryol” şöbəsinin açılmasına icazə verib". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi