Martda icbari avtosığorta üzrə 1,7 mln. manat ödəniş həyata keçirilib

Martda icbari avtosığorta üzrə 1,7 mln. manat ödəniş həyata keçirilib Bu ilin ilk rübündə isə sığorta ödənişlərinin ümumi həcmi 5,7 mln. manatı üstələyib
Maliyyə
3 Aprel , 2015 17:24
Martda icbari avtosığorta üzrə 1,7 mln. manat ödəniş həyata keçirilib

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbarı Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 416 sığorta tələbi üzrə 1 654 266 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

Məlumata görə, ödənilmiş sığorta tələbləri və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olub:

Bundan əlavə mart ayında İSB tərəfindən 11 kompensasiya tələbi üzrə 37 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Ümumilikdə, 2015-ci ilin I rübündə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4 905 sığorta tələbi üzrə 5 708 343 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi