Sığorta agentlərinə ödənilən komisyon haqqı 5% ətrafında olmalıdır

Sığorta agentlərinə ödənilən komisyon haqqı 5% ətrafında olmalıdır Bunu Polşa Avtomobil Sığortaçıları Bürosunun sədri Marius Viştovski deyib
Maliyyə
24 İyun , 2016 11:57
Sığorta agentlərinə ödənilən komisyon haqqı 5% ətrafında olmalıdır

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycandakı sığorta şirkətləri komisyon haqqının 5%-dən nə qədər çox və yaxud az olması barədə düşünməlidir. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2016) çərçivəsində təşkil olunmuş “Avtomobil sığortası” adlı seminarda Polşanın Avtomobil Sığortaçıları Bürosu İdarə Heyətinin sədri Marius Viştovski deyib.

Onun fikrincə, sığorta agentlərinə ödənilən komisyon haqqı 5%-dən çox olmamalıdır: “Sığorta şirkətləri komisyon haqqının 5%-dən nə qədər çox və yaxud az olması barədə düşünməlidir və qərar verməlidir. Sığorta agentlərinin həddindən çox qazanması şirkətlərin zərərlə işləməsinə gətirib çıxara bilər”.

Xatırladaq ki, yaxın vaxtlara qədər Azərbaycanda sığorta şirkətləri avtomobillərin icbari sığortası məhsullarını satan agentlərə 30-35%-ə çatan komisyon haqları ödəyib. Bir qədər əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta şirkətlərinə xəbərdarlıq edərək icbari sığortanı endirimlə satmamağı tapşırıb. 

Son xəbərlər

Orphus sistemi