Yuxarı

"Exchange"lərdə dolların satış məzənnəsi maksimal həddə çatıb

Report: Rublun devalvasiyası və neftin ucuzlaşması fonunda manatın zəifləməsi davam edə bilər

Bakı. 11 fevral. REPORT.AZ/ Bakı şəhərinin nağd valyuta bazarında bu gün saat 17:00-dan sonra ABŞ dollarının satış məzənnəsi 1,62 AZN/USD-yə yüksəlib, alış məzənnəsi isə 1,53 AZN/USD-yə kimi azaldılıb. 

"Report" xəbər verir ki, günün ilk yarısında kommersiya bankları "exchange" əməliyyatlarını 1,5620-1,5700 AZN/USD məzənnəsi ilə aparıb. 

"Report"un analitiklərinin fikrincə, nağd dollar məzənnəsinin kəskin dəyişməsi Mərkəzi Bankın (AB) bugünkü valyuta hərracının nəticələri məlum olduqdan sonra baş verib. Belə ki, AMB dolların sabah üçün rəsmi məzənnəsini 0,55% artıraraq 1,5745 AZN/USD səviyyəsində müəyyənləşdirib. 

"Beləliklə, son günlərdə müşahidə olunan manatın möhkəmlənməsi prosesi başa çatıb. Buna əsas səbəb isə dünya bazarında neftin qiymətinin son günlər ərzində 15%-dək enməsi olub. Bundan daha önəmlisi isə Rusiya Bankının (Mərkəzi Bank) rublun məzənnəsinə müdaxilə etməyəcəyi barədə açıqlaması olub ki, məhz bu açıqlamadan sonra Rusiyada dolların məzənnəsi 2,4% artaraq 80,6 RUB/USD-yə çatıb. Artıq qısa müddət ərzində dolların 100 rubla qədər bahalaşması mümkündür ki, bu da manatın məzənnəsinə ciddi təsir edəcək", - deyə analitiklər qeyd ediblər.

Qeyd edək ki, bu gün üçün rəsmi məzənnə 1,5659 AZN/USD səviyyəsində müəyyən edilib. Banklar 4%-lik marja limitini nəzərə almaqla nağd dolların minimal alış məzənnəsini 1,5032 AZN/USD, maksimal satış məzənnəsini isə 1,6285 AZN/USD həddində məyyən edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi