ABA maliyyə savadlılığı ilə bağlı Ekspert Qrupu yaradır

ABA maliyyə savadlılığı ilə bağlı Ekspert Qrupu yaradır Yaradılması nəzərdə tutulan Maliyyə Ombudsmanının Əsasnaməsi müzakirə edilib
Maliyyə
1 İyul , 2016 20:08
ABA maliyyə savadlılığı ilə bağlı Ekspert Qrupu yaradır

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

"Report"un ABA-ya istinadən verdiyi xəbərə görə, ötən gün baş tutan iclasda daxili məsələlərlə yanaşı, ABA tərəfindən yaradılması nəzərdə tutulan Maliyyə Ombudsmanının Əsasnaməsi və Reqlamenti müzakirə edilib. Bu sahədə beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb və həmin təcrübənin yerli tələblər nəzərə alınmaqla tətbiqi imkanları nəzərdən keçirilib.

İclasda xüsusi olaraq müzakirə edilən məsələlərdən biri də ABA-nın tərkibində maliyyə savadlılığı ilə bağlı ayrıca Ekspert Qrupunun yaradılması olub. Qrupun yaradılmasında əsas məqsəd maliyyə savadlığı sahəsində görülməli işlərin müzakirəsi, əlaqədar təşkilatlarla fikir mübadiləsi aparmaqla bu istiqamətdə əlavə tədbirlərin müəyyənləşdirilməsinə ekspert yanaşmasının təmin olunmasıdır.

Son xəbərlər

Orphus sistemi