​Maliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

​Maliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib Bununla bağlı qərarı baş nazir Artur Rəsizadə imzalayıb
Maliyyə
12 Avqust , 2016 12:16
​Maliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

Bakı. 12 avqust. REPORT.AZ/ Nazirlər Kabineti Maliyyə Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib. 

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Prezident İlham Əliyevin 9 fevral 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 20-ci hissəsinə uyğun olaraq qurumun kollegiya üzvlərinin sayı 13 nəfər müəyyən edilib.

Kollegiyanın sədri maliyyə naziri Samir Şərifovdur. Kollegiyanın üzvləri onun birinci müavini İlqar Fətizadə, digər müavinləri Azər Bayramov, Emin Hüseynov, Naxçıvan MR-in maliyyə naziri Xalid İsgəndərov, Maliyyə Nazirliyinin Aparatının rəhbəri Namiq Süleymanov, qurumun Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifov, Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev, Hüquq şöbəsinin müdiri Xaliq Rəhmanov, Büdcə şöbəsinin müdiri Fazil Fərəcov, Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev, Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Elman Piriyev, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin rəisi Adil Əhmədovdur. 

Son xəbərlər

Orphus sistemi