Yuxarı

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələyib

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 4 dəfəyə yaxın üstələyib

© Report

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106007690 ISIN kodlu, tədavül müddəti 1 092 gün olan 15 mln. manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

"Report" Nazirliyə istinadən xəbər verir ki, istiqrazlara 56,7 mln. manatlıq sifariş olub. 

Qiymətli kağızların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97,8061 (gəlirlilik 9,8625%) səviyyəsində müəyyən edilib. 

İstiqrazların ödəmə müddəti 20 aprel 2021-ci ildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi