Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifdən 5 dəfə çox olub

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifdən 5 dəfə çox olub Bu gün Bakı Fond Birjasında qurumun dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
19 Sentyabr , 2017 16:42
Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifdən 5 dəfə çox olub
Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104024549 ISIN-li, 15 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 12 investor qiyməti 89,243 manat (12,12%) – 93,0589 manat (7,4999%) olan 27 sifariş təqdim edib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 92,7156 manat (7,9%), orta ölçülmüş qiyməti 92,9129 manat (7,6697%) müəyyən olunub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 69 597 200 manat, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 18 sentaybr 2018-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi