Yuxarı
    Bağlamaq

    Maliyyə Nazirliyinin istiqrazlarına 60-a yaxın sifariş olub

    © Report

    Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104002636 ISIN-li, 70 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

    “Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 25 investor 57 sifariş təqdim edib.

    Sifarişlərin qiyməti 84,4746 manat (18,48%) – 89,3382 manat (11,9999%), nominal qiymətlə ümumi məbləği 224 033 900 manat olub.

    Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 87,0187 manat (15%), orta ölçülmüş qiyməti 87,5261 manat (14,3301%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 70 mln. manat təşkil edib.

    İstiqrazların ödəmə tarixi 25 dekabr 2018-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi