Maliyyə Nazirliyinin istiqrazları hərracda satılıb

Maliyyə Nazirliyinin istiqrazları hərracda satılıb 10 milyon AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
23 Avqust , 2016 19:16
Maliyyə Nazirliyinin istiqrazları hərracda satılıb

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104010514 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, hərrac zamanı 5 investor tərəfindən 10 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16,123,200.00 AZN təşkil edib.

Sifarişlər 82.1285 AZN (21.8803%) və 91.3500 AZN (9.5212%) qiymət intervalında təqdim olunub.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 91.3500 AZN (9.5212%) orta ölçülmüş qiyməti 91.3500 AZN (9.5212%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar 24.08.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 473 400 AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi 2017-ci il avqustun 22-nə kimidir. İstiqrazların tədavül müddəti isə 364 gündür.

Son xəbərlər

Orphus sistemi