Maliyyə Nazirliyinin istiqraz hərracında tələb təklifi 4 dəfə üstələyib

Maliyyə Nazirliyinin istiqraz hərracında tələb təklifi 4 dəfə üstələyib ​Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
12 Sentyabr , 2017 17:44
Maliyyə Nazirliyinin istiqraz hərracında tələb təklifi 4 dəfə üstələyib
Report

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 20 mln. manat həcmində, 182 gün tədavül müddətli olan dövlət qısamüddətli istiqrazlarının (DQİ, AZ0102023543) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” bu barədə birjaya istinadən xəbər verir.

Hərrac zamanı 11 investor tərəfindən qiyməti 96,4142 manat olan 21 sifariş təqdim edilib.

Emitentin qərarı ilə, istiqrazların kəsmə qiyməti 96,4142 manat (7,4999%), orta ölçülmüş qiyməti 96,4142 AZN (7,4999%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 76 618 600 manat, yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edib. Beləliklə, hərracda tələb təklifi 3,8 dəfə üstələyib. İstiqrazların ödəmə tarixi 13 mart 2018-ci ildir. 

Son xəbərlər

Orphus sistemi