Maliyyə Nazirliyinin hərraca çıxardığı istiqrazların 85%-i satılmayıb

Maliyyə Nazirliyinin hərraca çıxardığı istiqrazların 85%-i satılmayıb Bu gün Bakı Fond Birjasında dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
23 May , 2017 17:16
Maliyyə Nazirliyinin hərraca çıxardığı istiqrazların 85%-i satılmayıb
Report

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105004557 ISIN kodlu, 728 gün tədavül müddətli, 20 mln. manatlıq ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca cəmi 1 investor 3 mln. manat məbləğində 1 sifariş təqdim edib. Sifariş 100 manat (15%) qiymətlə təqdim olunub və qəbul edilib.

Bağlanılmış əqd üzrə hesablaşmalar sabah həyata keçiriləcək.

Qiymətli kağızların ödəmə tarixi 21.05.2019-cı ildir.

Son xəbərlər

Orphus sistemi