​Maliyyə Nazirliyi dövlət istiqrazlarının ilk tranşlarını yerləşdirib

​Maliyyə Nazirliyi dövlət istiqrazlarının ilk tranşlarını yerləşdirib İlk hərracda 12 mln. dollar və 20 mln. manatlıq istiqrazlar yeləşdirilib
Maliyyə
8 Fevral , 2016 10:47
​Maliyyə Nazirliyi dövlət istiqrazlarının ilk tranşlarını yerləşdirib

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin Bakı Fond Birjasında fevralın 5-də hərraca çıxardığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının emissiyası uğurla yerləşdirilib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Ümumi həcmi 12 mln. dollar olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq illik 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.

Eyni zamanda, ümumi həcmi 20 mln. manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq illik 7,79% və 8,80% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.

Maliyyə Nazirliyi ümumi həcmi 500 mln. dollar və 400 mln. manat məbləğində dövlət qeydiyyatından keçmiş dövlət istiqrazlarının emissiya prospektlərinə uyğun olaraq 2016-cı ilin sonunadək mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi