Maliyyə Nazirliyinin Apellyasiya Şurası ötənilki fəaliyyətinə dair hesabat verib

Maliyyə Nazirliyinin Apellyasiya Şurası ötənilki fəaliyyətinə dair hesabat verib Bakı. 24 yanvar. REPORT.AZ/ 2017-ci ildə Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub.
Maliyyə
24 Yanvar , 2018 15:20
Maliyyə Nazirliyinin Apellyasiya Şurası ötənilki fəaliyyətinə dair hesabat verib
Report

Bakı. 24 yanvar. REPORT.AZ/ 2017-ci ildə Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub.

“Report” Nazirliyə istinadən xəbər verir ki, həmin müraciətlərin 6-sı “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tənzimləmə predmetinə aid olmayıb və adıçəkilən əsasnamənin şikayətlərə dair tələblərinə cavab verməyib.

Bununla bağlı müraciət edən şəxslərə müvafiq qaydada yazılı cavab verilib.

Bundan başqa, ötən ildə Şuraya daxil olmuş müraciətlərdən 1-ni ərizəçi geri götürüb, digər 1 ərizəçi tələbi barədə Apellyasiya Şurası ilə yanaşı məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi üçün həmin şikayət üzrə Şurada başlanılmış icraata xitam verilib.

Eyni zamanda 1 müraciətə Şuranın iclasında baxılaraq ərizəçinin şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul olunub.

Son xəbərlər

Orphus sistemi