​Maliyyə Nazirliyinin 400 mln. manatlıq iki istiqraz emissiyası qeydiyyata alınıb

​Maliyyə Nazirliyinin 400 mln. manatlıq iki istiqraz emissiyası qeydiyyata alınıb Ötən gün isə nazirliyin 500 mln. dollarlıq iki istiqraz emissiyası qeydiyyatdan keçib
Maliyyə
27 Yanvar , 2016 15:04
​Maliyyə Nazirliyinin 400 mln. manatlıq iki istiqraz emissiyası qeydiyyata alınıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 1,5 mln. ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 49S nömrəsi ilə dövlət qeydiyyatına alınıb. "Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Həmçinin, Komitə tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 2,5 mln. ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 50S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Nəticədə bu iki emissiyanın həcmi müvafiq olaraq 150 mln. manat və 250 mln. manat təşkil edib.

Qeyd edək ki, dünən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 3 mln. ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S nömrəsi ilə və hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 2 mln. ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Nəticədə, bu iki emissiyanın həcmi müvafiq olaraq 300 mln. dollar və 200 mln. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi