Maliyyə Nazirliyinə yeni səlahiyyətlər verilib

Maliyyə Nazirliyinə yeni səlahiyyətlər verilib Prezident İlham Əliyev fərman imzalayıb
Maliyyə
8 May , 2017 18:20
Maliyyə Nazirliyinə yeni səlahiyyətlər verilib
Report.az

Bakı. 8 may. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

"Report"un məlumatına görə, sənədlə Maliyyə Nazirliyinə dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə qərar qəbul etmək səlahiyyəti verilib.

Eyni zamanda Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin Əsasnaməsində də dəyişiklik edilib. Bundan sonra agentliyin dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərini təhlil etmək və bu borcalmanın yuxarı həddi barədə Maliyyə Nazirliyinə təkliflər vermək, dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalmasına razılıq vermək və ya ondan imtina barədə Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək vəzifələri də olacaq. 

Son xəbərlər

Orphus sistemi