Maliyyə Nazirliyi tender keçirir

Maliyyə Nazirliyi tender keçirir Tenderdə iştirak haqqı 500 manatdır
Maliyyə
1 Fevral , 2017 09:17
Maliyyə Nazirliyi tender keçirir

Bakı. 1 fevral. REPORT.AZ/ Maliyyə Nazirliyi aparatının daxili şəbəkəsi üçün təhlükəsizlik kommunikasiya avadanlıqlarının və proqram təminatının satın alınması məqsədi ilə tender elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, 1 lot üzrə keçirilən tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar lazımi sənədləri, tender təklifini və onun 5%-i qədər bank təminatını martın 16-na qədər nazirliyin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinə (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs şöbənin baş məsləhətçisi Nurlan Soltanovdur.

Təkliflərə martın 17-si, saat 11:00-da adı çəkilən ünvanda (429-cu otaqda) baxılacaq. 

Son xəbərlər

Orphus sistemi