Maliyyə Nazirliyi şikayətçilərin iddialarına münasibət bildirib

Maliyyə Nazirliyi şikayətçilərin iddialarına münasibət bildirib Bakı şəhəri Yasamal rayonu M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında qeydiyyatda olan Nadejda Həsənova və həyat yoldaşı Fərhad Həsənovun keçmiş “Sovetski” adlanan ərazidə onlara və əlavə olaraq 7 nəfərə məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması zamanı ödənişin natamam hesablanması barədə bəzi media orqanlarında dərc olunmuş şikayətləri araşdırılarkən əslində onlara məxsus yaşayış evinə və zirzəmiyə görə ayrı-ayrılıqda qiymətləndirmə aparıldığı, mülkiyyətçilər tərəfindən razılaşdırma protokollarının imzalandığı və alqı-satqı müqavilələrinə əsasən ödəniş edildiyi müəyyən olunub”.
Maliyyə
2 Sentyabr , 2019 19:20
Maliyyə Nazirliyi şikayətçilərin iddialarına münasibət bildirib

"Bakı şəhəri Yasamal rayonu M.A.Əliyev küçəsi, dalan 2, ev 2 ünvanında qeydiyyatda olan Nadejda Həsənova və həyat yoldaşı Fərhad Həsənovun keçmiş “Sovetski” adlanan ərazidə onlara və əlavə olaraq 7 nəfərə məxsus daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması zamanı ödənişin natamam hesablanması barədə bəzi media orqanlarında dərc olunmuş şikayətləri araşdırılarkən əslində onlara məxsus yaşayış evinə və zirzəmiyə görə ayrı-ayrılıqda qiymətləndirmə aparıldığı, mülkiyyətçilər tərəfindən razılaşdırma protokollarının imzalandığı və alqı-satqı müqavilələrinə əsasən ödəniş edildiyi müəyyən olunub”.

Bunu "Report"a Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bir qrup keçmiş “Sovetski” sakini adından guya onlara verilən ödənişlərin düzgün hesablanmaması barədə müraciətlərinə münasibət bildirərkən deyib.

“Müraciətdə göstərilənlərin Yasamal RİH-dən alınmış məlumatlar əsasında Maliyyə Nazirliyində araşdırılması zamanı müəyyən edilib ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaklar üzrə qiymətləndirmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq, bu işlərə cəlb edilən müstəqil qiymətləndirici şirkət tərəfindən mövcud bazar qiymətləri öyrənilməklə aparılmış və hesablanmış məbləğlər rayon icra hakimiyyəti tərəfindən alqı-satqı müqavilələrinə əsasən ödənilmişdir.

Konkret olaraq Nadejda Həsənovaya gəlincə, həmin şəxs heç bir əsaslandırıcı sənəd təqdim etmədən ona məxsus olan yaşayış sahəsinin 42 kv/m olduğunu iddia edir. Halbuki, daşınmaz əmlakın alqı-satqısına dair Yasamal RİH ilə şikayətçi arasında notarial qaydada bağlanmış 17 avqust 2018-ci il tarixli müqavilədə Nadejda Həsənova ona məxsus yaşayış sahəsinin qeydiyyat vəsiqəsinə əsasən 23,4 kv/m olduğunu öz imzası ilə təsdiq edib və bununla belə ona məxsus yaşayış sahəsinin faktiki ümumi sahəsi 33,82 kv.metr (əsas və köməkçi) qiymətləndirilərək hər bir kv/m görə 1500 manat olmaqla, həmin şəxsə 51 740 manat məbləğində ödəniş həyata keçirilib. Həmçinin müvafiq şərait olmadığı halda zirzəmi hissə bütün tərəflər arasında bərabər bölünərək hər bir sakinə, o cümlədən Nadejda Həsənovaya müvafiq məbləğdə ödəniş edilib”, - deyə o qeyd edib

M.Piriyev həmçinin bildirib ki, müraciətdə adları çəkilən digər şəxslərdən Nağıbəyova Sara Rəsul qızına məxsus faktiki ümumi sahəsi 39,15 kv.metr (əsas və köməkçi) olmaqla 59 725 manat, Həsənova Sevil Ağaməmməd qızına məxsus faktiki ümumi sahəsi 55,56 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 48,7 kv.metr, açıq eyvan sahəsi 6,86 kv.metr olmaqla 76 809 manat, Dağlıyev Zahid Ağaxan oğluna məxsus faktiki ümumi sahəsi 43,96 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 37,10 kv.metr, açıq eyvan sahəsi 6,86 kv.metr olmaqla 59 394 manat, Quliyeva (Qədirova) Səadət Rövşən qızına məxsus faktiki ümumi sahəsi 45,88 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 38,90 kv.metr, açıq eyvan sahəsi 6,98 kv.metr olmaqla 62 142 manat, Ələsgərov Natiq Rauf oğluna məxsus faktiki ümumi sahəsi 49,68 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 42,70 kv.metr, açıq eyvan sahəsi 6,98 kv.metr olmaqla 67 842 manat, Dadaşova Arzu Paşa qızına məxsus faktiki ümumi sahəsi 65,31 kv.metr, o cümlədən əsas və köməkçi sahəsi 62,74 kv.metr, açıq eyvan sahəsi 2,57 kv.metr olmaqla 110 426 manat, Muradova Cəvahir Məmməd qızına məxsus faktiki ümumi sahəsi 33,34 kv.metr (əsas və köməkçi) olmaqla 52 102 manat vəsait mülkiyyətçilər tərəfindən ilkin razılaşdırma protokoluna imza atılmaqla, 2018-ci ilin müvafiq dövrlərində notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinə əsasən vətəndaşlara ödənilib: “Qiymətləndirmə müstəqil qiymətləndirici şirkət tərəfindən mövcud bazar qiymətlərinə uyğun olaraq əsas və köməkçi sahələrinin 1 kv.metri 1500 manat (digər xidməti sahələr tikilinin konstruksiyasına uyğun olaraq müxtəlif qiymətlərlə) və 2 aylıq kirayə haqqı nəzərə alınmaqla hesablanıb", -  Nazirliyinin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, alan orqan - Yasamal RİH-nin müvafiq əmri ilə yaradılmış qrup tərəfindən layihə üzrə tikinti sahəsinə düşən tikililərin, fərdi yaşayış evlərinin sahələri, habelə həyətdə mövcud olan bütün əlavə tikililərin sahələri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinə uyğun olaraq tikilinin bayır və ara divarları habelə, məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan müəyyən edilib və buna əsasən cizgilər çəkilib.

Eyni zamanda, adıçəkilən şəxslərin Yasamal RİH-nə qarşı yuxarıda qeyd olunan əmlakların dəyərinin mübahisələndirdikləri hissəsinin ödənilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiklərini deyən Maliyyə Nazirliyinin rəsmisi 11 sentyabr 2019-cu il tarixdə nəzərdə tutulmuş məhkəmə baxışından ədalətli qərar çıxacağına ümid etdiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi