​Maliyyə Nazirliyi sığorta şirkətlərinin 22 rəhbər işçisini cərimələyib

​Maliyyə Nazirliyi sığorta şirkətlərinin 22 rəhbər işçisini cərimələyib Dövlət Sığorta Nəzarəti Xidməti: Ötən il 11 sığorta şirkətində yoxlama aparılıb
Maliyyə
22 Yanvar , 2015 13:36
​Maliyyə Nazirliyi sığorta şirkətlərinin 22 rəhbər işçisini cərimələyib

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən 2014-cü ildə sığorta bazarında aparılan yoxlamalar nəticəsində 22 nəfər rəhbər işçinin fəaliyyətində pozuntular aşkar edilib və həmin işçilər ümumilikdə 5 850 manat məbləğində cərimələniblər. "Report"un məlumatına görə, bunu DSNX-nin şöbə rəisi Mahir Abdullayev bildirib.

"Sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilib. Maliyyə Nazirliyi tərəfindən ötən il ərzində 11 sığorta şirkətində yoxlama aparılıb, 10 şirkətə təqdimat göndərilib, pozuntu hallarının aradan qaldırılması ilə bağlı yazılı göstəriş verilib", - M.Abdullayev qeyd edib.

Şöbə rəisinin sözlərinə görə, hesabat ilində iki sığorta şirkətinin lisenziyası dayandırılıb. Daha sonra bunlardan birinin aşkarlanan pozuntunun aradan qaldırması ilə bağlı lisenziyası bərpa edilib. Lisenziyanın dayandırılması hər iki halda minimal kapital tələbinin tələbnamədən aşağı olması ilə bağlı olub.

Son xəbərlər

Orphus sistemi