Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib QHT-lər aprelin 1-dək illik maliyyə hesabatlarını nazirliyə təqdim etməlidir
Maliyyə
12 Fevral , 2015 18:03
Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarının sayı azaldılıb. QHT-lər illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.

"Report"un verdiyi xəbərə görə, bununla bağlı nazirliyin QHT, habelə xarici QHT-lərin filial və nümayəndəliklərinə müraciətində bildirilir.

Bildirək ki, hesabatların sadələşdirilməsinə dair QHT-lərin müraciətləri nəzərə alınmaqla, Nazirlər Kabinetinin 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarının sayı azaldılıb və maliyyə vəziyyəti haqqında, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərdən ibarət olmaqla müəyyən edilib.

Eyni zamanda, həmin formalar QHT-lər üçün Milli Mühasibat Uçotu Standartlarının ümumi prinsiplərinə uyğun olaraq daha da sadələşdirilib. 

Son xəbərlər

Orphus sistemi