Yuxarı

Maliyyə Nazirliyi növbəti ilin dövlət və icmal büdcələrinin layihələrini hazırlamaq üçün lazımi göstəriciləri vaxtında əldə edə bilməyib

Maliyyə Nazirliyi lazımı göstəriciləri vaxtında əldə edə bilməyib

Maliyyə Nazirliyi nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara müraciət edib.

"Report"un əldə etdiyi məlumata görə, müraciət nazirin I müavini İlqar Fətizadənin adından ünvanlanıb. 

Müraciətdə bildirilir: 

"Büdcə sistemi haqqında" qanuna uyğun olaraq, 2020-ci il və sonrakı 3 il üçün dövlət büdcəsinin göstəricilərinin Maliyyə Nazirliyinə təqvim müddəti iyulun 1-nə qədər müəyyən edilib. 

Bu günə qədər həmin göstəricilərin təqdim edilməməsi 2020-ci ilin dövlət və icmal büdcəsinin layihəsinin, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəicilərinin vaxtında hazırlanmasına mane ola bilər. 

Qeyd olunanları nəzərə alaraq qısa müddət ərzində müvafiq büdcə göstəricilərinə Maliyyə Nazirliyinə təqdim etməyiniz xahiş olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi