Yuxarı

​Maliyyə Nazirliyi Əmanətlərin Sığortalanması Fonduna zamin durub

Mərkəzi Bank tərəfindən ƏSF-yə 100 mln. manat məbləğində kreditin ayrılması planlaşdırılır

Bakı. 30 iyul. REPORT.AZ/ Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. İclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) Mərkəzi Bankı (AMB) tərəfindən ayrılacaq 100 mln. manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı AMB-nin müraciətinə baxılıb. 

"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, kollegiya əmanətçilərin hüquqlarının qorunması, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsi, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq ƏSF-yə Mərkəzi Bank tərəfindən ayrılacaq 100 mln. manat məbləğində kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.

Qeyd olunub  ki, AMB tərəfindən ƏSF-yə kreditin verilməsi ləğv edilmiş 4 bankın – “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədi daşıyır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi