Maliyyə Nazirliyi dövlət istiqrazları ilə bağlı hərracda toplanmış sifarişləri təmin etməkdən imtina edib

Maliyyə Nazirliyi dövlət istiqrazları ilə bağlı hərracda toplanmış sifarişləri təmin etməkdən imtina edib İki hərracdan yalnız birində investorlarla əqd bağlanılıb
Maliyyə
20 Dekabr , 2016 17:26
Maliyyə Nazirliyi dövlət istiqrazları ilə bağlı hərracda toplanmış sifarişləri təmin etməkdən imtina edib

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı 182 gün tədavül müddətli, 15 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının (AZ0102025514) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hərraca 8 investor 18 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 23 960 200 manat olub. Sifarişlər 90,98 manat (19,9928%)-92,6718 manat (15,9464%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91,3895 manat (18.9996%), ortaölçülmüş qiyməti 91,6935 manat (18,2681%) təşkil edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 20 iyun 2017-ci ildir.

Bu gün həmçinin BFB-də Maliyyə Nazirliyinin AZN nominallı 364 gün tədavül müddətli, 10 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının (AZ0104026510) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 4 investor 10 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 11 585 800 manat olub. Sifarişlər 81,3842 manat (23%)-86,346 manat (15,9002%) qiymət intervalında təqdim edilib. Hərrac zamanı toplanmış sifarişləri emitent təmin etməyib.

Son xəbərlər

Orphus sistemi